“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi uğurla davam edir

9 February 2021

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi uğurla davam edir

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi uğurla davam edir. Layihə çərçivəsində İsmayıllı rayonunun Topçu və Xanagah kəndlərindən qeydiyyatdan keçmiş bir qrup kənd sakini ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində növbəti görüş keçirilib. İştirakçılara layihənin məqsədi və fəaliyyətləri barədə detallı məlumat verilib və fikir mübadiləsi aparılıb. Eyni zamanda kənd sakinlərinin sualları ətraflı şəkilldə cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.