“Milli Qoşulmama Hərəkatı Modeli” simulyasiya konfransı başladı

11 February 2022

“Milli Qoşulmama Hərəkatı Modeli” simulyasiya konfransı başladı

10 fevral 2022-ci il tarixində ADA Universitetində “Milli Qoşulmama Hərəkatı Modeli” simulyasiya konfransı başladı.

İlk gün tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ADA Universitetinin icraçı direktoru Fariz İsmayılzadə iştirak edib.

Ümumilikdə 3 gün davam edəcək Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransında Qoşulmama Hərəkatının fövqəladə nazirlər iclasının simulyasiyası həyata keçiriləcək. İştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər naziri rollarını icra edərək iqlim dəyişikliyi və onun yaratdığı problemlərə həll yolunun tapılması istiqamətində müzakirələr aparacaqlar.

Qeyd edək ki, “Milli Qoşulmama Hərəkatı Modeli” simulyasiya konfransı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Azərbaycan üzrə yerli bölməsi olan Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə həyata keçirilir.