“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” Şirvan

18 October 2021

“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” Şirvan

“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində ikinci təlimimiz Şirvan şəhəri Gənclər evində həyata keçirildi. 🤩

Məlumat üçün bildirək ki, təlimdə iştirak edən gənc atalar sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri, həmçinin ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi təsiri, qız uşaqlarının əhəmiyyəti, uşaqların tərbiyəsində ata və ananın birbaşa rolu kimi mövzularda məlumatlandırılaraq müzakirələrdə iştirak ediblər.

Qeyd edək ki, təlimlər Tofiq Sadıxov tərəfindən həyata keçirilir.