“Sağlam Qida” Könüllülərinin Maarifçilik Məktəbi layihəsinin ilk günü yekunlaşı
13 May 2022

“Sağlam Qida” Könüllülərinin Maarifçilik Məktəbi layihəsinin ilk günü yekunlaşıb.
Təlimlər iki gün davam edəcək və bu müddət ərzində Bakı regionundan seçilmiş 18-29 yaş arası 30 nəfərdən ibarət gənc qida təhlükəsizliyi, sağlam və düzgün qidalanma, sağlam həyat tərzi, fiziki aktivlik kimi mövzularda maarifləndirilirlər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Gənclərin Töhfəsi İctimai Birliyi tərəfindən keçirilir.