"Gənclər Təşkilatlarının Beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları- 3.0" layihəsinin ikinci günüdür

4 September 2021

"Gənclər Təşkilatlarının Beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları- 3.0" layihəsinin ikinci günüdür

Bu gün "Gənclər Təşkilatlarının Beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları- 3.0" layihəsinin ikinci günüdür.

Günün ilk yarısı səhər idmanı ilə başlamış daha sonra isə Toğrul Ələkbərin “Xarici ölkələrdə gənclərin uğurlu təmsilçiliyi və əmək bazarında karyera yüksəlişi” təlimi ilə davam etmişdir. Həmçinin diplomat, fövqəladə və səlahiyyətli səfir Həsən Həsənovla “Beynəlxalq təşkilatlarda fəaliyyətin gənclər üçün əhəmiyyəti və gələcək perspektivlər” mövzusunda müzakirə görüş baş tutmuşdur.

Günün II yarısı Panel İclası və qrup işi həyata keçirilmişdir. Panelin spikerləri Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, millət vəkili Şahin İsmayılov olmuşdur.

İkinci günün görüntülərini sizinlə bölüşürük