"Sosial şəbəkələrdən düzgün istifadə edək!" layihəsinin ikinci fazası Cəlilabad rayonunda başladı

14 April 2022

"Sosial şəbəkələrdən düzgün istifadə edək!" layihəsinin ikinci fazası Cəlilabad rayonunda başladı

Biləsuvar Yeniyetmə və Gənclər İB ilə birlikdə icra etdiyimiz "Sosial şəbəkələrdən düzgün istifadə edək!" layihəsinin ikinci fazası Cəlilabad rayonunda başladı. 🤩

Gənclərin sosial şəbəkələrdən effektiv istifadəsini təmin etməklə düzgün informasiya mədəniyyətinin formalaşmasını təmin etmək və zamanlarının doğru şəkildə bölüşdürülməsinə nail olmaq layihənin əsas məqsədidir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilir.