6 ölkənin Milli Şurası ilə keçirilən Bakı seminarı yekunlaşdı
25 September 2022

6 ölkənin Milli Şurası və onlara üzv olan təşkilatların 50-dən çox rəhbər və nümayəndəsinin iştirakı ilə Bakıda keçirilən seminar uğurla yekunlaşdı.
7 gün davam edən layihənin əsas məqsədi Milli Şuraların və onlara üzv olan gənclər təşkilatlarının potensiallarının artırılması və regional tərəfdaşlıqların qurulmasıdır.
Qeyd edək ki, layihə Danimarka Milli Şurasının dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə həyata keçirilib.