AR Milli Məclisinin deputatı Soltan Məmmədov ilə görüş baş tutub

30 March 2022

AR Milli Məclisinin deputatı Soltan Məmmədov ilə görüş baş tutub

30 mart 2022-ci il tarixində NAYORA-ya üzv olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin AR Milli Məclisinin deputatı Soltan Məmmədov ilə görüşü baş tutub.

Moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin etdiyi görüşün əsas müzakirə mövzusu “31 Mart Azərbaycanlıların Soyqırımı” olmuşdur.

Görüş çərçivəsində qeyd edilən mövzu ətarında müzakirələr aparılmış və gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar cənab Soltan Məmmədov tərəfindən cavablandırılmışdır.

Sona doğru NAYORA-nın sədri Azər Əliyev çıxış edərək dəvətimizi qəbul edib, görüşdə iştirak etdiyi üçün cənab Soltan Məmmədova öz minnətdarlığını bildirmişdir.

Cənab deputat NAYORA-nın xatirə dəftərinə xoş arzularını yazmışdır.