Avropa Həmrəylik Korpusu könüllülərimiz fəaliyyətlərinə başlayıblar

25 July 2022

Avropa Həmrəylik Korpusu könüllülərimiz fəaliyyətlərinə başlayıblar

NAYORA tərəfindən göndərilən Leyla Babaşova və Xəyal Məhərrəmli Türkiyənin Ankara şəhərində 2 ay müddətində keçirilən Avropa Həmrəylik Korpusunun könüllülük proqramında iştirak edirlər. 🤩

Proqramın əsas istiqamətləri ətraf mühit və inteqrasiya ilə bağlıdır.

Qeyd edək ki, 2 ay müddətində könüllülər tərəfindən yazılan ssenariyə uyğun olaraq vloqlar çəkiləcək, danışıq klubları yaradılacaq, həmçinin mövzuya uyğun olaraq seminarlar təşkil ediləcək.

"Layihədə iştirak etməyin ən gözəl tərəflərindən biri müxtəlif ölkələrin nümayəndələrinin etdiyi təqdimatlar və verdiyi məlumatlar sayəsində əylənərək daha çox öyrənməkdir" - Leyla Babaşova

"Proqramda iştirakımın mənim üçün ən uğurlu tərəfi sosiallaşmaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq və yeni təcrübələr qazanmaqdır" - Xəyal Məhərrəmli

Təşkilatçı: System and Generation Association