Azərbaycanlı gənclər beynəlxalq gənclər forumunda iştirak ediblər

16 June 2022

Azərbaycanlı gənclər beynəlxalq gənclər forumunda iştirak ediblər

8 - 14 iyun tarixlərində Azərbaycandan olan nümayəndə heyəti Rusiyanın Orenburq şəhərində keçirilən “Eurasia Global” Beynəlxalq Gənclər Forumunda iştirak edib. 63 ölkədən olan 500 nəfər gəncin iştirak etdiyi Forum Orenburqda keçirilən sayca yeddinci Forumdur. Forumun əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gənclərin beynəlxalq əməkdaşlığını və şəbəkələşməsini təmin etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əməkdaşı, "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin sədri, DİM üzrə gənc səfirlər və Azərbaycandan olan digər fəal gənclərin iştirak etdiyi Beynəlxalq Gənclər Forumunun işgüzar proqramına “ictimai diplomatiya”, “müasir medianın inkişafı” və “humanitar təsir” kimi mövzulardan ibarət 50-dən çox tədbir daxil idi. Forumun işgüzar proqramı “Rosmolodej”-un fəaliyyətinə uyğun gələn və BMT-nin davamlı inkişaf məqsədlərinə cavab verən 4 əsas istiqamətə bölünüb: “Xeyirhaqlıq”, “Karyera”, “Media”, əlavə olaraq “Soydaşlar” istiqaməti. Qeyd edək ki, Forum çərçivəsində iştirakçılar müxtəlif ölkələrdən olan ekspertlər, təlimçilər, dövlət xadimləri və elm adamları ilə görüşüb, könüllülüyün müasir missiyası, medianın yeni reallıqlarda işi, daim dəyişən dünyada uğurlu karyera qurmaq kimi mövzular ətrafında müzakirələr aparıblar.

Forum iştirakçıları, sərgilər, foto zonalar, interaktiv platformalar, ekskursiyalar və mədəni istirahət proqramlarında iştirak etmiş, həmçinin Rosmolodej və İctimai Diplomatiyaya Dəstək Fondunun elan etdiyi qrant müsabiqəsinə öz layihələrini təqdim ediblər.