Biləsuvar Məşvərət Çurası tərəfindən təşkil olunmuş təlimlər başa çatdı
11 March 2021

"5 rayonda gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi çərçivəsində yaradılmış Biləsuvar rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurası tərəfindən təşkil olunmuş təlimlər uğurla başa çatmışdır.
Biləsuvar gəncləri üçün təlimlərin keçiriliməsində əsas məqsəd gənclərin yeni bilik və bacarıqlar əldə etməsidir.
Qeyd edək ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Uşaq Fondunun (UNICEF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.
#NAYORA #Birlikdə