Biləsuvar Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Emosional zəka” mövzusunda onlayn təlim baş tutdu

5 March 2021

Biləsuvar Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Emosional zəka” mövzusunda onlayn təlim baş tutdu

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi çərçivəsində yaradılmış Biləsuvar Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Emosional zəka” mövzusunda onlayn təlim baş tutdu.Təlimdə Hidayət Kərimov mövzu ilə əlaqəli Biləsuvar gəncləri ilə fikir mübadiləsi apardı və sonda iştirakçıların sualları təlimçi tərəfindən ətraflı şəkildə cavablandırıldı.

Məlumat üçün qeyd etmək istərdik ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və UNICEF-in Azərbaycan Nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.