Biləsuvar rayon Məşvərət Şurasının üzvlərinin Biləsuvar rayon İcra başçısının müavini Ləman Yüzbaşova ilə görüşü baş tutub

4 July 2022

Biləsuvar rayon Məşvərət Şurasının üzvlərinin Biləsuvar rayon İcra başçısının müavini Ləman Yüzbaşova ilə görüşü baş tutub

Biləsuvar rayon Məşvərət Şurasının üzvlərinin Biləsuvar rayon İcra başçısının müavini Ləman Yüzbaşova ilə görüşü baş tutub.

Görüşdə Gənclər Təşkilatları Milli Şurasının Yerli Layihələr üzə katibi Rinat Abbasov və Məşvərət Şurasına seçilən rayonun 24 nəfər fəal gənci iştirak edib.

Qeyd edək ki, interkativ şəkildə keçən görüş zamanı rayonun ekoloji sferası ilə bağlı məsələlər müzakirə olunmuş, rayonda keçirilmiş sorğunun nəticələrinə əsasən təkliflər səsləndirilmiş və həmin təkliflərin ən yaxın zamanda həyata keçirilməsi ilə bağlı müvafiq işlərin görüləcəyi vurğulanmışdır.

Sona doğru NAYORA-nın Yerli Layihələr üzrə katibi Rinat Abbasov Məşvərət Şurasının fəaliyyətinə göstərdiyi dəstək üçün icra başçısının müavininə təşəkkür edərək, region gənclərinin inkişafında göstərdiyi dəstəyə görə icra hakimiyyətinə təşəkkür mahiyyətində plaket təqdim etmişdir.

Qeyd edək ki, "5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi Avropa İttifaqının dəstəyi, UNICEF Azərbaycanın texniki dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.