“Gənc Elçilər” Proqramı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının simulyasiyası baş tutub

3 February 2023

“Gənc Elçilər” Proqramı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının simulyasiyası baş tutub

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı ilə baş tutulan simulyasiya tədbirində Azərbaycan, ABŞ, Birləşmiş Krallıq, Çin, Fransa və Rusiyanı təmsil edən gənc elçilər kibertəhlükəsizliklə bağlı məsələləri əhatə edən qətnaməyə öz təklif və qeyd-şərtlərini irəli sürüblər.

Gənc elçilər tərəfindən verilən təklif və qeyd-şərtlər müzakirə edilmiş və AKTA (Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası) təkliflərə şərhlərini bildirilmişdir.

Qeyd edək ki, “Gənc Elçilər” proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə keçirilir.