Gənclər Təşkilatlarının Layihə menecerləri üçün təlim kursunun ikinci günü yekunlaşdı

26 June 2022

Gənclər Təşkilatlarının Layihə menecerləri üçün təlim kursunun ikinci günü yekunlaşdı

Gənclər Təşkilatlarının Layihə menecerləri üçün təlim kursunun ikinci günü yekunlaşdı. 

Səhər enercayzeri ilə başlayan gün daha sonra Şəxsi inkişaf və Layihə menecmenti üzrə ekspert Fəxri Məhəmmədzadənin “Layihələrin idarəedilməsi” mövzusunda təlimi ilə davam etdi. Günün ikinci yarısı həm nəzəri, həm də praktiki biliklərin artırılması üçün iştirakçılar qruplara bölünüb öz layihələrini yazaraq, təqdim etdilər.

Qeyd edək ki, proqramın sonuna doğru iştirakçıların AR Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov ilə görüşü baş tutub. Görüş zamanı Fərid Cəfərov gənclər təşkilatları üçün layihə menecerlərinin önəmli faktor olduğunu vurğulayaraq, ünvanlanan sualları cavablandırıb.

Məlumat üçün vurğulayaq ki, 40-dan çox gənclər təşkilatının layihələr üzrə menecerlərinin iştirak etdiyi proqram AR Gənclər Fondunun dəstəyi ilə NAYORA tərəfindən həyata keçirilir.