Gənclər Təşkilatlarının Layihə menecerləri üçün təlim kursunun ilk günü yekunlaşdı

25 June 2022

Gənclər Təşkilatlarının Layihə menecerləri üçün təlim kursunun ilk günü yekunlaşdı

Gənclər Təşkilatlarının Layihə menecerləri üçün təlim kursunun ilk günü yekunlaşdı. 

Qeyd edək ki, ilk gün NAYORA-nın Üzv təşkilatlarla iş üzrə katibi Jalə Həsənova proqram haqqında ümumi məlumat verərək açılış mərasimini etmiş, daha sonra isə AR Gənclər Fondunun Gənclərlə iş şöbəsinin Şöbə müdiri Seymur Hüseynovun "Gənclərlə işin qurulması və gənclər siyasəti ilə tanışlıq" mövzusunda sessiyası baş tutub.

Günün davamında Kapital Bankın İnsan Resursları departamentinin Koordinasiya və partnyorluq şöbəsinin meneceri Fidan Hüseynovanın təqdimatında "Layihələrdə Agile idarəetmə" mövzusunda təlimi keçirilib.

Məlumat üçün vurğulayaq ki, 40-dan çox gənclər təşkilatının layihələr üzrə menecerlərinin iştirak etdiyi proqram AR Gənclər Fondunun dəstəyi ilə NAYORA tərəfindən həyata keçirilir.