Gənclər təşkilatlarının rəhbərləri Gəncə, Bərdə və Mingəçevir şəhərlərində 700-dən çox gənclə görüşüblər
25 September 2022

Gənclər təşkilatlarının rəhbərləri Gəncə, Bərdə və Mingəçevir şəhərlərində 700-dən çox gənclə görüşüblər.
Qeyd edilən şəhərlərdə yerləşən universitet və kolleclərdə keçirilən görüşlər Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra işinə başlayıb.
"44 Günlük Vətən Müharibəsi: Post-müharibə dövründə gənclər və gənclər təşkilatlarının əsas vəzifə və öhdəlikləri” mövzusunda keçirilən görüşlərin əsas məqsədi 27 sentyabr Anım Günü ilə bağlı gənclərin məlumatlılığının artırılması və 44 günlük şanlı zəfərimizin gənclər arasında təbliğindən ibarət olub.
Qeyd edək ki, silsiləvi tədbirlər AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.
Allah şəhidlərimizə rəhmət eləsin!