Gənclər təşkilatlarının yerli Donorların nümayəndələri ilə görüşü baş tutdu

7 July 2022

Gənclər təşkilatlarının yerli Donorların nümayəndələri ilə görüşü baş tutdu

Gənclər təşkilatlarının yerli Donorların nümayəndələri ilə görüşü baş tutdu.

Gənclərlə iş üzrə Menecerlərin İnkişaf Proqramı layihəsi çərçivəsində yerli Donorlarla görüş baş tutub. Görüşdə Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və Donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi üzrə meneceri Nigar Ağakişiyeva iştirak etmişdir.

Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən panel görüşündə spikerlər tərəfindən “Qrant müsabiqələrinə müraciət zamanı gənclər təşkilatlarının qarşılaşdığı çətinliklər” mövzusunda müzakirələr aparılmış və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılmışdır.