Güclü atalar, Güclü qızlar - Lənkəran festivalı

23 December 2021

Güclü atalar, Güclü qızlar - Lənkəran festivalı

“Güclü atalar, Güclü qızlar - Qız Övladlarının Dəyərinin Təşviqi və Qızların Səlahiyyətləndirilməsi" kampaniyası çərçivəsində son festival Lənkəran şəhərində keçirildi.

18 dekabr tarixində keçirilmiş festival müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, sehrbazlıq səhnəsi, musiqili proqram, bir-birindən maraqlı və əyləncəli yarışlarla yadda qaldı. Festival çərçivəsində atalar öz qızları ilə birlikdə həmin yarışmalarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazandılar.

Lənkəranda tədbirin keçirilməsinə göstərdikləri dəstək üçün Lənkəran şəhər Gənclər Evi, Azərbaycan Skautlar Assosiasiyası, Lənkəran Şəhər Təhsil İdarəsi və Maarifpərvərlik Gənclər

İctimai Birliyinə dərin təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, kampaniya Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun (UNFPA) həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində həyata keçirilir.