Güclü Atalar, Güclü Qızlar - Mingəçevir festivalı

14 December 2021

Güclü Atalar, Güclü Qızlar - Mingəçevir festivalı

"Güclü Atalar, Güclü Qızlar - Qız Övladlarının Dəyərinin Təşviqi və Qızların

Səlahiyyətləndirilməsi" layihəsi çərçivəsində ilk festival Mingəçevir şəhərində keçirildi. 🤩

10 dekabr tarixində keçirilmiş festival müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, sehrbazlıq səhnəsi, musiqili proqram, bir-birindən maraqlı və əyləncəli yarışlarla yadda qaldı. Festival çərçivəsində atalar öz qızları ilə birlikdə həmin yarışmalarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazandılar.

Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun (UNFPA) həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində həyata keçirilir.

Göstərdikləri dəstək üçün Mingəçevir şəhər Gənclər Evi, Azərbaycan Skautlar Assosiasiyası, Mingəçevir Şəhər Təhsil İdarəsi və İşıqlı Gələcək Gənclər İctimai Birliyinə dərin təşəkkürümüzü bildiririk.