Şəhid və gənc qazilərin şeirlərindən ibarət kitabın tədimat mərasimi baş tutub

23 June 2022

Şəhid və gənc qazilərin şeirlərindən ibarət kitabın tədimat mərasimi baş tutub

Bu gün “Əbədi Sevgi - Vətən” layihəsi çərçivəsində şəhid və gənc qazilərin şeirlərindən ibarət eyni adlı kitabın tədimat mərasimi baş tutub.

Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən təqdimat mərasimində yazıçı qazilər, şairlər, həmçinin şəhid ailələri iştirak edib.

Qeyd edək ki, layihə müddətində tanınmış 3 yazıçı - Kamal Abdulla, Çingiz Abdullayev və Varis Yolçuyev ilə görüş keçirilmiş və son olaraq kitab çap olunmuşdur.

Əbədi Sevgi - Vətən layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən həyata keçirilib.