Müşahidə Şurasının ilk iclası baş tutub

7 July 2022

Müşahidə Şurasının ilk iclası baş tutub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyun 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun yenidən formalaşdırılmış Müşahidə Şurasının ilk iclası baş tutub.

Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin rəhbərliyi ilə keçirilən iclasda Müşahidə Şurasının yeni üzvləri və Gənclər Fondunun icraçı direktoru iştirak ediblər.

İclasda Fondun 10 illik fəaliyyətinə dair hesabat və bu müddət ərzində baş tutmuş genişmiqyaslı müxtəlif proqramlar barədə təqdimatlar dinlənilib, Fondun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir sıra tənzimləyici sənədlərə və Fondun strukturunda dəyişikliklər edilməsi ilə bağlı qərar verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası sədri Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür.