“MEET-UP! Micro Projects 2023” gənclər üçün beynəlxalq qrant imkanı təqdim edir

26 November 2022

“MEET-UP! Micro Projects 2023” gənclər üçün beynəlxalq qrant imkanı təqdim edir

Deadline: 31 January 2023

Apply

“MEET-UP! Micro Projects 2023” gənclər üçün 1000 avroya qədər beynəlxalq qrant imkanı təqdim edir. 🤩

Qrant müsabiqəsinə Azərbaycan, Almaniya və digər Şərq Tərəfdaşlığı ölkələrindən olan 18-35 yaş aralığında tələbələr, gənclərlə iş sahəsində çalışanlar, gənc peşəkarlar və aktiv gənclər müraciət edə bilərlər.

Rəqəmsallaşma, sosial sahibkarlıq, gənclərin iştirakçılığı kimi mövzularda azı 2 ölkədən olan gənclərdən ibarət qrup tərəfdaşlıq etməklə layihəyə müraciət etməlidirlər.

Qranta müraciət üçün ən azı 2, maksimum isə 5 nəfərdən ibarət qrup formalaşdırmaq olar.

Qeyd 1: son müraciət tarixi 31 yanvar 2023-cü ildir.

Qeyd 2: layihə təklifinizi [email protected] ünvanına göndərməlisiniz.

Qeyd edək ki, bu qrant müsabiqəsi NAYORA ilə əlaqəli deyil. Gənclər üçün fürsət olduğuna görə, müsabiqəni sizinlə bölüşürük.