Nadir Adilovla “Gənclər təşkilatları və korporativ sosial məsuliyyət” mövzusunda görüş

10 November 2022

Nadir Adilovla “Gənclər təşkilatları və korporativ sosial məsuliyyət” mövzusunda görüş

Bu dəfə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla #birlikə gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün “Gənclər təşkilatları və korporativ sosial məsuliyyət” mövzusunu müzakirə etdik.

Görüş zamanı korporativ sosial məsuliyyət nədir, gənclər təşkilatlarının fəaliyyətlərinə necə tətbiq olunmalıdır, özəl sektor və təşkilatlar arasında əlaqələr qurulan zaman diqqət edilməli məqamlar kimi mövzular ətrafında ümumi müzakirələr apardıq. Sonda təşkilat nümayəndələrinin ünvanladıqları suallar cavablandırıldı və sertifikatlar təqim olundu.

Dəvətimizi qəbul etdiyi üçün Nadir Adilova təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.