Naxçıvan MR Gənclər Fondu və Naxçıvanda fəaliyyət göstərən gənclər təşkilatları ilə görüş baş tutub

21 July 2022

Naxçıvan MR Gənclər Fondu və Naxçıvanda fəaliyyət göstərən gənclər təşkilatları ilə görüş baş tutub

Bu gün NAYORA-nın İdarə Heyətinin üzvlərinin Naxçıvan MR Gənclər Fondu və Naxçıvanda fəaliyyət göstərən gənclər təşkilatları ilə görüşü baş tutub.

NAYORA-nın baş katibi Ramin Həbibzadənin moderatorluğunu etdiyi görüşdə ilk olaraq NAYORA tərəfindən gənclər təşkilatlarına göstərilən xidmətlərə dair videoçarx təqdim edilib.

Qeyd edək ki, NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək uğurlar arzu edib və gələcək əməkdaşlıqların artacağını vurğulayıb.

Daha sonra Naxçıvan MR Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov tərəfindən Gənclər Fondunun fəaliyyətlərinə dair məlumatlar verilib.

Həmçinin Naxçıvanda fəaliyyət göstərən "Estafet" Gənclərin İctimai Birliyinin sədri Xanım İbrahimova və Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova təşkilatların fəaliyyətləri haqqında fikirlərini bölüşüblər.

Görüşdə NAYORA-nın sədr müavini Ülviyyə Axundova və İdarə Heyətinin üzvü Orduxan Qəhrəmanzadə də çıxış ediblər.