NAYORA daha bir beynəlxalq görüşdə iştirak edib
18 October 2022

Qeyd edək ki, Avropa Komissiyası tərəfindən keçirilən “TAİEX və #eu4youth konfransında NAYORA-nın sədri Azər Əliyev Brüsseldə oflayn, Beynəlxalq əlaqalər və Layihələr üzrə katibi Fatimə Əsədova isə onlayn şəkildə iştirak edib.
Görüşün əsas məqsədi iştirakçı ölkələrdə gənclər siyasətinin beynəlxalq və yerli səviyyədə təbliği, həmçinin gənclər siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində yerli dövlət orqanlarının əsas rolunu müəyyənləşdirməkdən ibarət olub.
Vurğulayaq ki, səfər AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.