NAYORA daha bir beynəlxalq layihəyə ev sahibliyi edir

20 September 2022

NAYORA daha bir beynəlxalq layihəyə ev sahibliyi edir

Azərbaycan, Belarusiya, Danimarka, Gürcüstan, Moldova və Ukrayna Milli Şuralarının və onlara üzv olan 50-dən çox gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə Bakıda seminar öz işinə başladı.

Proqram çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin qurulması, donorlarla iş, şəbəkələşmə, mümkün gələcək tərəfdaşlıq mövzuları ətrafında təlim və müzakirələr aparılır.

İlk fazası Gürcüstanın Tbilisi şəhərində baş tutan layihənin əsas məqsədi Milli Şuraların və onlara üzv olan gənclər təşkilatlarının potensiallarının artırılması və regional tərəfdaşlıqların qurulmasıdır.

Qeyd edək ki, layihə Danimarka Milli Şurasının dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.