NAYORA üzvlərinin sayını artırdı

24 September 2021

NAYORA üzvlərinin sayını artırdı

NAYORA üzvlərinin sayını artırdı.

24 sentyabr 2021-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının hibrid formatda növbəti Məclisi keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan Məclisdə NAYORA-nın son 6 aydakı fəaliyyətləri təqdim edilərək, keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar haqqında ətraflı məlumat verilmişdir.

Həmçinin üzvlük üçün müraciət edən təşkilatların nümayəndələrinin çıxışları dinlənilmiş, daha sonra onlayn və oflayn formada səsvermə keçirilmişdir.

Məclisin sonunda səsvermə nəticəsində uğur qazanan təşkilatlar Gənclər Təşkilatları Milli Şurasında müşahidəçi statusunda üzvlüyə qəbul olunublar. Bununla da ARGTMŞ-nın üzvlərinin sayı 143-ə çatıb.

Yeni üzvlərimizi təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik.