NAYORA-ya üzv təşkilat Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Azərbaycan nümayəndəliyinin fəaliyyətinin 5 ili tamam olur

14 February 2021

NAYORA-ya üzv təşkilat Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Azərbaycan nümayəndəliyinin fəaliyyətinin 5 ili tamam olur

Bu gün NAYORA-ya üzv təşkilat Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Azərbaycan nümayəndəliyinin fəaliyyətinin 5 ili tamam olur.

Bu münasibətlə onları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Erasmus Tələbə Şəbəkəsi (ETŞ/ESN) Avropanın ən böyük könüllü tələbə assosiasiyasıdır. ETŞ 16 oktyabr 1989-cu ildə yaranmış və 1990-cı ildə hüquqi olaraq qeydiyyatdan keçmişdir. ETŞ hal-hazırda 42 ölkənin 1000-ə yaxın ali təhsil müəssisəsində təmsil olunur. Təşkilatın əsas məqsədi gənclər arasında mobililik (Erasmus+) və xaricdə təhsil proqramlarını təbliğ etmək, ölkəmizə gələn xarici tələbələrin cəmiyyətimizə inteqrasiyasına dəstək olmaq, mədəniyyətlərarası dialoqa təkan vermək, gənclər üçün özünü inkişaf imkanları yaratmaq və onlar üçün inkluziv təhsili əlçatan etdirməkdən ibarətdir. Şəbəkə daim inkişaf edir və genişlənir. Şəbəkənin bir çox bölmələri arasında “dostlar” adlandırılan 13.000 fəal üzv əcnəbi tələbələr üçün mentor rolunda çıxış edir. Beləliklə, ETŞ hər il 300 000-dən çox beynəlxalq tələbəyə xidmət edən 29 000 fəal üzvlər yetişdirir. Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan nümayəndəliyi ölkəmizdə bir sıra lokal, milli, və beynəlxalq səviyyədə tədbirlər həyata keçirib və keçirməyə davam edir.