OYGİB ilə ATBA arasında memorandum imzalandı

16 February 2021

OYGİB ilə ATBA arasında memorandum imzalandı

Odlar Yurdu Gənclər İctimai Birliyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoronduma əsasən tərəflər turizm sahəsində gənclərin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, müştərək layihələrin hazırlanması, turizm və turizm blogerliyi araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər. Razılaşmaya əsasən tərəflər müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkil edilməsində, müxtəlif kampaniyalarının aparılmasında, layihələrin icra olunmasında  birgə fəaliyyət göstərəcəklər.