Qadınların və qızların İcma Quruculuğunda İştirakçılığının Artırılması” layihəsi çərivəsində hazırlanmış bələdçini sizə təqdim edirik

18 November 2021

Qadınların və qızların İcma Quruculuğunda İştirakçılığının Artırılması” layihəsi çərivəsində hazırlanmış bələdçini sizə təqdim edirik

Bu eksperimental bələdçi Avropa Şurasının Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirlmiş “Qadınların və qızların İcma Quruculuğunda İştirakçılığının Artırılması” layihəsi çərivəsində hazırlanmışdır.


Təqdim edilən vəsait insan hüquqları təhsili vasitəsilə gender bərabərliyi və qadınların iştirakçılığının səlahiyyətləndirilməsi məqsədilə onların bilik və bacarıqlarının artırılması istiqamətində təlim proqramları dizayn edən təlimçilər, fasilitatorlar, gənclər və vətəndaş cəmiyyəti təşkilatlarının işinin gücləndirilməsi üçün ərsəyə gətirilmişdir.


Gender bərabərliyinin fundamental anlayışlarını, yerli kontekstdə qadınların ictimai-sosial vəziyyətinə giriş haqqında məlumatları vurğulamaqla yanaşı, həm də gənclərlə iş sahəsində bu mövzuları hədəfləyən təlim proqramları üçün ekspertlər tərəfindən hazırlanmış mövcud praktiki məşğələ və metodlar ətraflı şəkildə izah olunmuşdur.

 
Qeyd edək ki, bələdçi sadəcə profesionallar üçün deyil, eyni zamanda yeni başlayan şəxslərin inkişafı və bacarıqlarının təcrübədən keçirmələri üçün də yaxşı fürsət olmasını nəzərə alaraq, sadə, praktik və hamıya əlaçatan şəkildə işlənib hazırlanmışdır.