Qarabağa aid sənədli filmin çəkilişləri davam edir.

23 February 2021

Qarabağa aid sənədli filmin çəkilişləri davam edir.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “The real truth about Karabakh history” adlı layihə çərçivəsində sənədli filmin çəkilişləri davam edir. Layihənin əsas məqsədi gənclər arasında Qarabağ tarixi haqqında məlumatlılığı artırmaqla, beynəlxalq səviyyədə maarifləndirici material hazırlamaqdır. Sənədli filmdə Qarabağ münaqişəsinin başlanması, tarixi faktlar, Vətən müharibəsində müzəffər ordumuzun qazandığı uğurlar, həmçinin erməni qəsbkarlarının ötən ilin oktyabrında Gəncə şəhəri, Bərdə və Tərtər rayonunda dinc əhalinin bombardmana məruz qoyulmasından söhbət açılır. Bununla yanaşı şəhid və ağır yaralanan dinc əhalinin başına gətirilən bəlalar da filmdə işıqlandırılır. Filmin yaxın zamanda Bakı şəhərində təqdimatı keçiriləcək. Eyni zamanda ölkənin müxtəlif şəhər və rayonlarında nümayiş etdiriləcək. Ölkədaxili təqdimatlar başa çatdıqdan sonra film türk, rus və ingilis dillərinə dublaj olunaraq Türkiyə, Gürcüstan, Polşa, Çexiya, Rumunya, İtaliya, Ukrayna və s. kimi ölkələrdə də nümayişi nəzərdə tutulur. O cümlədən filmin 2021-ci ildə keçiriləcək beynəlxalq film festivallarına göndərilməsi planlaşdırılır.