Qazax rayon Məşvərət Şurasının üzvlərinin Qazax rayon İcra başçısı Rəcəb Babaşov ilə görüşü baş tutub

22 June 2022

Qazax rayon Məşvərət Şurasının üzvlərinin Qazax rayon İcra başçısı Rəcəb Babaşov ilə görüşü baş tutub

Qazax rayon Məşvərət Şurasının üzvlərinin Qazax rayon İcra başçısı Rəcəb Babaşov ilə görüşü baş tutub.

Görüşdə Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadə və Məşvərət Şurasına seçilən rayonun 24 nəfər fəal gənci iştirak edib.

Qeyd edək ki, interkativ şəkildə keçən görüş zamanı rayonun ekoloji sferası ilə bağlı məsələlər müzakirə olunmuş, rayonda keçirilmiş sorğunun nəticələrinə əsasən təkliflər səsləndirilmiş və həmin təkliflərin ən yaxın zamanda həyata keçirilməsi ilə bağlı müvafiq işlərin görüləcəyi vurğulanmışdır.

Sona doğru NAYORA-nın Baş katibi Ramin Həbibzadə Məşvərət Şurasının fəaliyyətinə göstərdiyi dəstək üçün icra başçısına təşəkkür edərək, region gənclərinin inkişafında göstərdiyi dəstəyə görə Rəcəb Babaşov və Milli Məclisin deputatı Səməd Seyidova təşəkkür mahiyyətində plaket təqdim etmişdir.

Qeyd edək ki, "5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi Avropa İttifaqının dəstəyi, UNICEF Azərbaycanın texniki dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.