Region gənclərimiz sosial sahibkarlıq fəaliyyətlərinə başlayıblar

1 July 2022

Region gənclərimiz sosial sahibkarlıq fəaliyyətlərinə başlayıblar

Region gənclərimiz sosial sahibkarlıq fəaliyyətlərinə başlayıblar. 

Qeyd edək ki, layihə çərçivəsində Lerik, Quba və İsmayıllı rayonlarından olan xanımlara sosial sahibkarlıq təlimləri keçib, daha sonra hər rayondan 3 layihəyə resurs dəstəyi göstərmişdik. Leyla Novruzəliyevanın rəhbəri olduğu Quba rayonundan olan Velo bərbər bu layihələrdən biridir.

Adından da göründüyü kimi bərbər xidməti həm səyyar olaraq, həm də salon şəklində təklif edilir. Layihənin əsas məqsədi fiziki məhdudiyyətli bəy və xanımlara, azyaşlı övladı olduğu üçün evdən çıxa bilməyən analara, həmçinin qocalara səyyar salon xidməti təklif etməkdir.

Məlumat üçün vurğulayaq ki, salon daxilində çalışan şəxslər isə şiddətə məruz qalmış, tərk edilmiş, tənha qadınlardır.

"Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz rayonlarında yaşayan qadın və qızların məşğulluq imkanlarının artırılması" layihəsi Yerli Təşəbbüslər üçün Kanada Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera mərkəzinin tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.