Regionda sosial sahibkarlıq fəaliyyətinə başlayan daha bir gənci sizinlə bölüşürük

29 July 2022

Regionda sosial sahibkarlıq fəaliyyətinə başlayan daha bir gənci sizinlə bölüşürük

Regionda sosial sahibkarlıq fəaliyyətinə başlayan daha bir gənci sizinlə bölüşürük. 🤩

Qeyd edək ki, layihə çərçivəsində Lerik, Quba və İsmayıllı rayonlarından olan xanımlara sosial sahibkarlıq təlimləri keçib, daha sonra hər rayondan 3 layihəyə resurs dəstəyi göstərmişdik. Bahar Mürsəliyevanın rəhbəri olduğu Lerik rayonundan olan “Cherry gift boxes” bu layihələrdən biridir.

Layihə çərçivəsində müxtəlif formalı, fərqli yaş kateqoriyalarına məxsus hədiyyə qutuları hazırlanır. İlkin mərhələ olaraq satış onlayn formada həyata keçirilir, bir müddət sonra isə həm onlyan həm də ənənəvi şəkildə keçiriləcək.

Vurğulayaq ki, layihə iştirakçısı olmuş Səmədzadə Nəzrin və Bəsti Qasımova da layihədə yer alırlar.

"Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz rayonlarında yaşayan qadın və qızların məşğulluq imkanlarının artırılması" layihəsi Yerli Təşəbbüslər üçün Kanada Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera mərkəzinin tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.