Şəmkir gəncləri üçün '' İnsanların ətraf mühitə təsiri - Noosfer ekologiyası'' mövzusunda təlim keçirildi
3 March 2021
Şəmkir Məşvərət Şurası tərəfindən ikinci təlim təşkil edildi.
Şəmkir Məşvərət Şurası üzvləri tərəfindən Şəmkir gəncləri üçün təlimçi Səkinə Həsənovanın təqdimatında '' İnsanların ətraf mühitə təsiri - Noosfer ekologiyası'' mövzusunda təlim keçirildi.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin,
UNICEF Azərbaycan texniki dəstəyi və
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin
Biləsuvar,
Bakı şəhəri Xəzər rayon,
Şəmkir,
Tovuz,
Qazax rayon İcra Hakimiyyətləri yanındakı üzvləri böyük ruh yüksəkliyi ilə fəliyyətlərinə davam edirlər.