Visegrad+ konsultativ görüşü keçirildi

12 January 2022

Visegrad+ konsultativ görüşü keçirildi

11 yanvar 14:00 tarixində Beynəlxalq Visegrad + Fondunun elan etdiyi qrant müsabiqəsinə müraciət qaydaları ilə bağlı Gənclər Təşkilatlarının Resurs Mərkəzində NAYORA-nın Beynəlxalq əlaqələr və Layihələr üzrə katibi Fatimə Əsədova tərəfindən konsultativ görüş keçirildi. 

Görüşün məqsədi üzv təşkilatları qrant müsabiqəsinin şərtləri haqqında məlumatlandırmaq, layihə yazılışı ilə bağlı vacib məqamları vurğulamaq və onların suallarını cavablandırmaq idi.

Məlumat üçün bildirək ki, görüşdə oflayn formada 23 üzv təşkilatın rəhbər və nümayəndələri iştirak etdilər.