X könüllülük proqramının məzun günü keçirilib

12 September 2022

X könüllülük proqramının məzun günü keçirilib

Bu gün NAYORA-da 4 ay boyunca bizimlə #birlikdə fəaliyyət göstərən “X könüllülük” proqramının könüllüləri məzun oldular.

Görüş zamanı 4 ay müddətinə könüllülüyün onlara qazandırdığı fürsətləri və xoş təəsüratları bizimlə bölüşdülər. Sonda isə məzun könüllülərin sertifikatla təltif edilmə mərasimi keçirildi.

Qeyd edək ki, görüş rəsmi hissə bitdikdən sonra qeyri-rəsmi hissə ilə davam edib.

Könüllülərimizə bundan sonrakı fəaliyyətlərində bol uğur, yüksək nəaliyyətlər arzu edirik.