Xəzər rayon Məşvərət Şurasının üzvlərinin Xəzər rayon İcra başçısının müavini Lalə Əhmədova ilə görüşü baş tutub

6 July 2022

Xəzər rayon Məşvərət Şurasının üzvlərinin Xəzər rayon İcra başçısının müavini Lalə Əhmədova ilə görüşü baş tutub

Xəzər rayon Məşvərət Şurasının üzvlərinin Xəzər rayon İcra başçısının müavini Lalə Əhmədova ilə görüşü baş tutub.

Görüşdə Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadə və Məşvərət Şurasına seçilən rayonun 24 nəfər fəal gənci iştirak edib.

Qeyd edək ki, interkativ şəkildə keçən görüş zamanı rayonun ekoloji sferası ilə bağlı məsələlər müzakirə olunmuş, rayonda keçirilmiş sorğunun nəticələrinə əsasən təkliflər səsləndirilmiş və həmin təkliflərin ən yaxın zamanda həyata keçirilməsi ilə bağlı müvafiq işlərin görüləcəyi vurğulanmışdır.

Sona doğru NAYORA-nın Baş katibi Ramin Həbibzadə Məşvərət Şurasının fəaliyyətinə göstərdiyi dəstək üçün icra başçısının müavininə və Gənclər və İdman İdarəsinin rəisinə təşəkkür edərək, region gənclərinin inkişafında göstərdiyi görə təşəkkür mahiyyətində plaketlər təqdim etmişdir.

Qeyd edək ki, "5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi Avropa İttifaqının dəstəyi, UNICEF Azərbaycanın texniki dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.

None