“Sabunçu Gənclər Evi”nə İnfotur

16 January 2019

“Sabunçu Gənclər Evi”nə İnfotur

16 Yanvar 2019-cu il tarixində NAYORA tərəfindən “Sabunçu Gənclər Evi”nə İnfotur təşkil edilmişdir. İnfoturda NAYORA-nın sədri Məryəm Məcidova, NAYORA-nın Baş katibi Hüseyn Məmmədov, NAYORA katibliyi, “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı”nın, Asan Könüllülər Təşkilatının və NAYORA-ya üzv olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak etmişdir.
Görüşdə ilk olaraq “Sabunçu Gənclər Evi”nin direktoru Rəvanə Həşimova infotur iştirakçılarını salamlayaraq, gənclər evinin fəaliyyəti və fəaliyyət istiqamətləri, həyata keçirilmiş layihələr və gələcək planları haqqında məlumat vermiş və hesabat videolarını təqdim etmişdir.
Daha sonra iştirakçılar “Sabunçu Gənclər Evi”nin İctimaiyyətlə Əlaqələr üzrə katibi Nərmin İbrahimova tərəfindən müəssisənin inzabati binası ilə, orada fəaliyyət göstərən dərnəklərlə və ümumi iş strukturuyla tanış olmuş və gənclər evində həyata keçirilən iş prosesini izləyiblər.
İnfoturun gedişatında NAYORA-nın sədri Məryəm Məcidova iştirakçılara qurumun 2019-cu il il üçün planladığı fəaliyyət strategiyaları, gənclər təşkilatlarının qeyri-formal təlimlərin təşkilinə cəlb olunmasının əhəmiyyəti və NAYORA ilə birlikdə strateji planlaşdırma aparmasının üstün tərəflərindən bəhs etmişdir.
Üzv təşkilatlarla iş üzrə katib Vüsal Əhmədov isə iştirakçılara işçi qruplarına qeydiyyat və cari məsələlərlə bağlı məlumat vermişdir.
İnfotur müəssisənin əməkdaşları ilə müzakirələrlə və xatirə fotosuyla yekunlaşmışdır.

#NAYORA #SabunchuYouthHouse #YouthPolicy #YouthStrategy #infotur