Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının Məclisi
27 September 2019

27 sentyabr 2019-cu il tarixində Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) növbəti Məclisi keçirilmişdir. Məclisdə ilk olaraq, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra, NAYORA-nın sədri Məryəm Məcidova üzv təşkilatları və nümayəndələrini salamlayaraq, tədbirdə iştirak edən gənclər təşkilatları rəhbərlərinə iştirakı üçün öz minnətdarlığını bildirmiş, yetərsay müəyyən edildikdən sonra isə məclisi açıq elan etmişdir.
İclasın gündəliyi təsdiqləndikdən sonra Məclisin sədri kimi "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov namizədliyi irəli sürülmüş və səs çoxluğu ilə qəbul olunmuşdur.
Proqrama uyğun olaraq ARGTMŞ-nın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sona Əlizadə tərəfindən qurumun 2019-cu ilin İyun - Sentyabr ayları üçün Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatı təqdim etmişdir.
Daha sonra NAYORA-nın Yerli Layihələr üzrə katibi Azər Əliyev çıxış edərək 2019-cu ilin İyun - Sentyabr ayları ərzində qurumun görülən işlərlə bağlı fəaliyyət hesabatını verərək keçirilən tədbirlər, konfranslar və onlayn kampaniyalar barədə geniş təqdimat etmişdir.
Tədbirin gedişatında üzvlük üçün müraciət edən “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi İyul-Sentyabr ayı ərzində fəaliyyəti haqqında təqdimatınını nümayiş etdirmişdir.
Daha sonra “Gənclərin Töhfəsi” İctimai Birliyinin tamhüquqlu üzvlüyə müraciəti nəticəsində assosiativ üzvlükdən tam hüquqlu üzvlüyə qəbul olunmuşdur.
Məclis cari məsələlərin müzakirəsi və xatirə fotosu ilə yekunlaşmışdır.
#NAYORA #Məclis #AzeYouthPolicy