Beynəlxalq Sosial Sahibkarlıq Forumu Bakı - 2021

16 November 2021

Beynəlxalq Sosial Sahibkarlıq Forumu Bakı - 2021
Bakı,Azərbaycan

16 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Avropa Komissiyasının Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən və sosial sahibkarlığın inkişafına yönəlmiş “Start it Up, Keep it Up” layihəsi çərçivəsində həyata keçirilən “Beynəlxalq Sosial Sahibkarlıq Forumu"nun ilk günü Məryəm Məcidova layihə haqqında ümumi məlumatlar verərək Forumun iştirakçılarını və qonaqlarını məlumatlandırdı.

Daha sonra NAYORA-nın Baş katibi Ramin Həbibzadə çıxış edərək əcnəbi iştirakçıları və rəsmi qonaqları salamlayaraq, Milli Şura və onun fəaliyyətləri haqqında fikirlərini səsləndirdi. Növbəti mərhələdə Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərovun iştirakı ilə aidiyyəti sahələr üzrə çıxışlar davam edərək, sosial sahibkarlıq və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər haqqında məlumatlar səsləndirildi.

Bildirmək istərdik ki, ilk gün rəsmilərin panel müzakirələri ilə davam etmiş və sonda iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılmışdır. Müxtəlif ölkələri təmsil edən spikerlərin iştirakı ilə baş tutan ikinci panel müzakirəsi ilə Forumun ilk günü yekunlaşmışdır.