Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə - Mingəçevir

3 June 2019

Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə - Mingəçevir
Mingəçevir,Azərbaycan

18 May 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ADA Universitetində 100-dən çox gəncin iştirakı ilə həyata keçirilmiş "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransının davamlılığının təmin edilməsi məqsədi ilə 31 May tarixində Mingəçevir şəhərində fəaliyyət göstərən Gənclər Evində ilk təlim görüşü baş tutub.

Təlim görüşü "International Youth Society" təşkilatının ölkə üzrə direktoru Məhbubə Musayeva tərəfindən Mingəçevir şəhərində müxtəlif gənclər təşkilatlarının üzvü olan və aktiv fəaliyyət göstərən 25 gəncin iştirakı ilə keçirilmişdir.

Görüş, "International Youth Society" təşkilatının ölkə üzrə direktoru Məhbubə Musayeva tərəfindən Mingəçevir şəhərində müxtəlif gənclər təşkilatlarının üzvü olan və aktiv fəaliyyət göstərən 25 gəncin iştirakı ilə keçirilmişdir.

Təlimdə ilk olaraq Məhbubə Musayeva NAYORA tərəfindən 9000-dən çox gənc arasında keçirilmiş DİM üzrə sorğunun nəticələrini elan etmiş, daha sonra isə iştirakçılar qruplarda iş şəklində Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət planlaması aparıblar.