Güclü Atalar, Güclü Qızlar - Qız Övladının Dəyərinin Təşviqi və Qızların Səlahiyyətləndirilməsi

14 December 2021

Güclü Atalar, Güclü Qızlar - Qız Övladının Dəyərinin Təşviqi və Qızların Səlahiyyətləndirilməsi

 

 

"Güclü Atalar, Güclü Qızlar - Qız Övladlarının Dəyərinin Təşviqi və Qızların
Səlahiyyətləndirilməsi" layihəsi çərçivəsində Mingəçevir və Lənkəran şəhərlərində festivallar həyata keçirildi.

Festivallar müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, sehrbazlıq səhnəsi, musiqili proqram, bir-birindən maraqlı və əyləncəli yarışlarla yadda qaldı. Festival çərçivəsində atalar öz qızları ilə birlikdə həmin yarışmalarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazandılar.

Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun (UNFPA) həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində həyata keçirildi.