Təlimlər Modulu çərçivəsində “QHT-lərdə büdcənin tərtib olunması və hesabatçılığı” və “SMM, Copywriting fəaliyyəti və Media əlaqələri” mövzusunda təlimlər
4 May 2019

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə 4 May 2019-cu il tarixində, saat 12:30 və 15:00-da ARGTMŞ-nın Gənclər Evində gənclər təşkilatlarının əməkdaşları, nümayəndələri və könüllüləri üçün Təlimlər Modulu çərçivəsindən 2 təlim həyata keçirilmişdir. “QHT-lərdə büdcənin tərtib olunması və hesabatçılığı” mövzunda baş tutan birinci təlim Daxili Auditorlar İnstitutunun Azərbaycan Nümayəndəliyinin Direktorlar Şurasının üzvü Rəşad İsgəndərov tərəfindən həyata keçirilmişdir. Təlim zamanı Rəşad İsgəndərov QHT-lərin büdcəsinin tərtibi, müzakirəsi,təsdiqi, icrası, icrasına nəzarət və digər mövzular barədə geniş məlumat vermişdir.
İkinci təlim isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova tərəfindən “SMM, Copywriting fəaliyyəti və Media əlaqələri” mövzusunda həyata keçirilmişdir. Təlim zamanı Səmayə Məmmədova (Samaya Mammadova) sosial mediada doğru məzmunun yaradılması və idarə edilməsi, sosial şəbəkələrdə (Facebook, İnstagram və s.) səhifələrin düzgün və cəlbedici formada yaradılması və doğru tərtibatı, məzmun hazırlama, copywriting, sosial mediada dizayn hazırlama qaydaları və digər mövzular barədə ətraflı məlumat vermişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi, gənclər təşkilatlarını 4 əsas istiqamət üzrə, müvafiq sahənin ekspertləri və peşəkarları tərəfindən təlimləndirmək, fəaliyyətlərinin effektivliyini artırmaq və gənclər təşkilatlarının əməkdaşları arasında şəbəkələşməni inkişaf etdirməkdir.