“Gənc Elçilər” proqramının bağlanış mərasimi keçirilib

6 February 2023

 

“Gənc Elçilər” proqramının bağlanış mərasimi keçirilib.

Tədbir zamanı öncəliklə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bağlanış mərasimində Milli Məclisin deputatı Naqif Həmzəyev, AR Gənclər və İdman Nazirliyinin Gənclərlə ilə iş şöbəsinin müdiri Fuad Babayev, AR Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və NAYORA-nın sədri Azər Əliyev çıxış edərək uzun müddətdir ki, davam edən proqram haqqında öz fikirlərini bölüşüblər.

Həmçinin gənclər təşkilatlarının rəhbərləri və gənc elçilər də çıxış ediblər.

Sonda gənc elçilər proqramı uğurla başa vurduqlarına görə təltif olunublar.

Qeyd edək ki, “Gənc Elçilər” proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə keçirilib.