Azər Əliyev ECOSOC #Youth2030 Forumunda iştirak edib

30 April 2023

BMT-nin baş qərargahı Nyu-Yorkda ECOSOC #Youth2030 Forumu keçirilir.

Forumda iştirak edən Azərbaycanlı nümayəndə heyətinin tərkibinə NAYORA-nın sədri Azər Əliyev, İdarə Heyətinin üzvü, o cümlədən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə və Baş katibi Ceyran Cəfərova daxildirlər.

Qeyd edək ki, NAYORA “ECOSOC”-da Məşvərətçi statusa malikdir. Həmçinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Azərbaycan üzrə Milli Nümayəndəliyidir.

3 gün davam edəcək Forumda plenar iclaslar və regional əsaslı müzakirələr keçirilir. Forumun mövzusu COVID-19-dan sağalma və gənclər üçün 2030-cu il gündəliyinin tam şəkildə müzakirəsidir.

Tədbir zamanı qarşıdan gələn Dayanıqlı İnkişaf Məqsədləri (SDG) Zirvəsi ərəfəsində Dayanıqlı İnkişaf Məqsədlərinə irəlləyişi sürətləndirmək və innovativ həlləri təşviq etmək səbəbilə fikirlər dinlənilir.

Forumda iştiraka dəstək olduqları üçün AR Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildiririk.