Azərbaycan Dillər Universitetində panel müzakirəmiz keçirildi

4 November 2022

Zəfər Günü ilə əlaqədar silsilə tədbirlərimiz Azərbaycan Dillər Universitetində keçirilən panel müzakirəsi ilə yekunlaşıb.

İrəli İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Asan könüllüləri təşkilatının sədri Emiliya Bayramova və NAYORA-nın sədri Azər Əliyevin spikerliyi ilə keçirilən görüş interaktiv keçmiş, universitetin tələbələri təkliflərini səsləndirib və onları maraqlandıran sualları ünvanlayıblar.

Qeyd edək ki, AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Ev sahibliyi üçün Azərbaycan Dillər Universitetinə, dəvətimizi qəbul etdikləri üçün gənclər təşkilatlarının rəhbərlərinə və aktiv iştirakçılıq üçün gənclərə təşəkkürümüzü bildiririk!