Naqif Həmzəyev ilə görüşümüz keçirilib

31 October 2022

Bu gün AR Milli Məclisin deputatı Naqif Həmzəyev ilə "Azərbaycan reallıqlarının beynəlxalq aləmdə tanıdılmasında gənclərin rolu" mövzusunda görüşümüz baş tutdu.

Görüş zamanı post-müharibə dövründə gənclər təşkilatlarının və gənclərin gördüyü işlər, beynəlxalq arenda gənclərlə birlikdə uğurlu təmsilçilik prosesinin aparılması kimi önəmli mövzularda müzakirələr aparılıb, sonda isə təşkilat nümayəndələrinin ünvanladıqları suallar cavablandırılıb.

Qeyd edək ki, Zəfər Günü ilə bağlı silsilə tədbirlərimiz keçirilir.