Region gənclərimiz artıq sosial sahibkarlıq fəaliyyətlərinə başlayıblar

8 June 2022

Region gənclərimiz artıq sosial sahibkarlıq fəaliyyətlərinə başlayıblar. 

Qeyd edək ki, layihə çərçivəsində Lerik, Quba və İsmayıllı rayonlarından olan xanımlara sosial sahibkarlıq təlimləri keçib, daha sonra hər rayondan 3 layihəyə resurs dəstəyi göstərmişdik. Zarina Apayevanın rəhbəri olduğu Quba rayonundan olan Jehilcollection bu layihələrdən biridir.

Layihənin əsas məqsədlərindən biri əldə olunan gəlirin bir hissəsinin ehtiyacı olan gənclərin təhsil xərclərinə yönəldilməsidir. Komandada 5 məktəbli və 1 tələbə fəaliyyət göstərir.

Sevdirici haldır ki, Jehilcollection brendinin ilk stendi üzv təşkilatımız olan Cavan Gənclər Hərəkatının “Cavan Urban Fest” layihəsində nümayiş olunub.

Qeyd edək ki, layihə geyim, ekobag və əşyalar üzərində rəsm çəkmək və bunun satışı, rəngarəng kolleksiya yaratmağı, brend olaraq tanınmağı və incəsənət sahəsi üzrə müxtəlif master - klasslar keçməyi hədəfləyir.